İşğalçılıq siyasəti Ermənistanı regiondakı ticarət imkanlarından məhrum edir

Samir Soltanov/AZADİNFORM. “Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdudlaşdırır və daraldır”. 

Azadinform xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".

19.09.2018 15:00 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo