Qarabağla oyun çox çətin olacaq

"Avropa Liqasında keçirilən hər bir oyun kimi bu matç da çox çətin olacaq. Ancaq azarkeşlərimizin dəstəyi ilə işimiz asanlaşacaq". 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bunu sabah Avropa Liqasının qrup mərhələsinin ilk turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək "Sportinq"in yeni transferi Rafinya klubun telekanalına müsahibəsində deyib. Dünən ictimaiyyətə təqdim olunan braziliyalı futbolçu turnirdə finala qədər irəliləmək istədiklərini bildirib: "Avropa kuboklarında oynamaq hər bir futbolçunun arzusudur. Meydana çıxanda bir az həyəcanlanacağımı bilirəm. Ancaq inanıram ki, tez də keçəcək. Finala qədər getmək və titulu qazanmaq üçün komandaya əlimdən gələn köməyi edəcəyəm”. 

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək "Sportinq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

19.09.2018 14:47 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo