Həmyerlisini tüfənglə öldürdü

Samir Soltanov/AZADİNFORM. Kürdəmirdə qətl hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb. 

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.

19.09.2018 14:03 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo