Evsiz qalmış məşhurlar

Ləman Hüseynzadə / AZADİNFORM. Dünyaca məşhur olan bəzi ulduzlar müəyyən dövr ərzində evsiz qalıblar. Zaman-zaman bu barədə efirlərdə də çıxış edərək həmin günlərin çətinliklərindən bəhs ediblər.

Azadinform evsiz qalmış məşhurlardan bir neçəsini təqdim edir:

Silvester Stallone aktyorluğa yeni başlayanda çox sıxıntı yaşayıb. Bir ara avtobus dayanacaqlarında yatıb. Çarəsizlikdən itini də satan Silvesterin yaxşı pul qazandıqdan sonra ilk işi itini geri almaq olub.

Çarli Çaplin uşaq vaxtı atasını itirdikdən sonra məcburi ağır işlərdə işləməyə başlayıb. Anasının psixoloji vəziyyəti ilə bağlı davam edən problemləri sonradan onları evsiz qoyub.

Cim Morrison musiqiçi olmaq arzusuna çatdığı illərdə uzun müddət qayıqda yaşayıb. Sonradan şöhrəti onu yavaş-yavaş zirvəyə qaldırıb.

Hilari Suonk Hollivuda təzə köçəndə ev ala biləcək qədər varlı olmadıqları üçün bir müddət ailəsi ilə maşında yaşayıblar. İndi isə istədiyi qədər ev ala biləcək pula sahibdir.

Cennifer Lopez 1990-cı ildə yayımlanan bir proqrama başlamazdan öncə gedəcək heç bir yeri olmadığı üçün müəyyən müddətə qədər rəqs studiyasında gecələyib.

Cim Kerrinin atası pərakəndə işləyən bir musiqiçi olub. İş tapa bilmədikdə avtobusda yaşayıblar. Hətta Kerri bu illərdə məktəbdən çıxıb qapıçı da işləyib.

“Apple”ın yaradıcısı olan Stiv Cobs evi olmadığı üçün kollecdəki dostunun evində qalmış və plastik kola qablarının depozit pulları ilə yaşayışını təmin edib. Seminarların birində bir az da olsa yaxşı yemək yeyə bilmək üçün 7 kilometr uzaqlıqdakı yemək paylayan mərkəzə piyada getdiyini deyib.

Türkiyəli məşhur aktyor Arda Kuralın vəziyyəti digərlərindən bir qədər fərqlidir. Çünki o, fenomen olduqdan sonra evsiz qalıb. Şizofreniya səbəbi ilə işini itirən gənc aktyor bir müddət küçə həyatı yaşayıb.

19.09.2018 13:41 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo