Əcnəbilərin Türkiyə vətəndaşlığı alma proseduru sadələşdirilib

Samir Soltanov/AZADİNFORM. Türkiyə xaricilərin vətəndaşlıq alması prosedurunu xeyli sadələşdirib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq fərman imzalayıb. 

Azadinform xəbər verir k, fərmana əsasən, vətəndaşlıq almaq üçün nəzərdə tutulan fiksasiya kapitalının həcmi 2 milyon dollardan 500 min dollara, tələb olunan daşınmaz əmlakın minimum qiyməti isə 1 milyon dollardan 250 min dollara endirilib. Həmçinin xarici vətəndaşın 100 nəfəri işə götürməsi ilə bağlı maddədə dəyişikliklər edilib. Bundan sonra vətəndaşlıq hüququ almaq üçün 50 nəfəri işə götürmək kifayət edəcək. Eyni zamanda, Türkiyə vətəndaşlığı əldə etmək üçün tələb olunan və ölkənin banklarına yatırılan depozitin həcmi də 3 milyon dollardan 500 min dollara qədər azaldılıb. 

Xatırladaq ki, bu yaxınlarda fransız aktyoru Jerar Depardye Türkiyə vətəndaşlığı almaq istədiyini və oktyabr ayında bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini bildirmişdi.

19.09.2018 13:02 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo