Ukraynadakı Qafqaz xalq rəqs ansamblına milli geyimlər hədiyyə edilib

AZADİNFORM. Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova Ukraynada fəaliyyət göstərən “Qafqaz” xalq rəqs ansamblına milli rəqs paltarları hədiyyə edib.

Azadinform xəbər verir ki, Laləndar Novruzova tərəfindən atılan bu addım Azərbaycan mədəniyyətinin xaricdə tanınmasına və təbliğinə dəstək, Ukraynadakı soydaşlarımızın fəaliyyətinə stimuldur.

“Qafqaz” xalq rəqs ansamblının rəhbəri Nicat Mirzəyev kollektiv adından Laləndar Novruzovaya bu xeyirxah əməlinə görə təşəkkür edib: “Xaricdə ölkəmizi, eləcə də mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq nə qədər çətin olsa da, şərəflidir. Göstərilən diqqət, qayğı bizi fərəhləndirir. Hörmətli Laləndar Novruzovnın ansambıla rəqs paltarları hədiyyə etməsi bizdə işimizə motivasiya yaradır. Ona bu nümunəvi addımına görə ansamblımız adından təşəkkür edirəm”.

Laləndar Novruzovanın rəhbəri olduğu Me-Marelli MİLLİ MƏRKƏZ-də hazırlanan paltarları Kiyevdə “Qafqaz” xalq rəqs ansamblının kolektivinə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə təqdim edib.

Qeyd edək ki, “Qafqaz” xalq rəqs ansamblının kollektivi xaricdə Azərbaycan mədəniyyətini aktiv təbliğ etdiyinə görə Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi tərəfindən Diplomla təltif edilib.

19.09.2018 12:54 / Baxılıb: 229 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo