İrandan gəlirdi, yükü narkotik

AZADİNFORM. İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşın əl yükündə narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azadinform-a bildiriblər ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.

Baxış zamanı vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkarlanıb. Həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümumi çəkisi 555 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

19.09.2018 12:35 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo