Baş məşqçi: Rəşad Sadıqov qarşıdakı oyunu buraxacaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib. 

Baş məşqçi bildirib ki, Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq: “Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komanda ilə məşq edir”. 

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: “Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”. (sport24.az)

19.09.2018 12:10 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo