İki marşrutun hərəkət sxemi dəyişdirilib

Samir Soltanov/AZADİNFORM. “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. 

Bu barədə Azadinform-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

19.09.2018 11:50 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo