Tramp Aİ-ni ələ saldı

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jean-Claude Junckeri ələ salıb. 

Azadinform xəbər verir ki, Tramp açıqlamasında ABŞ-ın Aİ ölkələrinə tətbiq etdiyi əlavə vergini yenidən müzakirə etmək üçün Jean-Claude Junckeri dəvət etdiyini bildirib: “Buna baxmayaraq Juncker dəvətimizi qəbul etmədi. Hətta ona 3 dəfə müzakirə üçün dəvət yollamışdıq. Məndə cavab olaraq bildirdim – “Yaxşı. Artıq müzakirələr aparmağa məcbur deyilsiniz. Sizin ABŞ-a göndərdiyiniz milyonlarca avtomobillərə əlavə vergi tətbiq edəcəyik”. Açıq danışsaq Juncker ofisimə elə sürətlə gəldi ki, bunların bu qədər sürətli təyyarələri olduğunu bilmirdim”.

Tramp qeyd edib ki, Avropadan gətirilən avtomobillərə əlavə vergi təhdidindən sonra aparılan müzakirə zamanı razılaşma əldə edilib.

19.09.2018 10:30 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo