Malayziyada onlarla insan alkoqollu içkidən zəhərlənib

Malayziyada onlarla insan alkoqollu içkidən zəhərlənib.

Azadinform "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, üç fərqli markaya malik alkoqollu içkidən 15 nəfər zəhərlənərək ölüb. Zəhərləndiyi ehtimal edilən daha 33 nəfər isə xəstəxanalara yerləşdirilib. Onların arasında xarici ölkə vətəndaşları da var.

Polis faktla bağlı bəzi mağazalardakı spirtli içkiləri müsadirə edib. 

18.09.2018 23:58 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo