Tramp: "Polşada ABŞ qoşunlarının yerləşdirilməsini müzakirə edəcəyik"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir.

Azadinform-un məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

Xəbərdə bildirilir ki, ABŞ rəhbəri bu bəyanatı Polşa prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşündə deyib.

"Biz buna çox ciddi yanaşırıq", - deyə Ağ Ev rəhbəri bildirib. D.Tramp əlavə edib ki, əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Polşanın təhlükəsizliyinin vacib olduğunu bildirib.

18.09.2018 23:36 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo