Duqlas Kosta A Seriyasının 4 oyununu buraxacaq

İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kosta A Seriyasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.

Azadinform xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Sassuolo"nu 2:1 hesabı ilə yendikləri IV tur matçında rəqib oyunçu Federiko Di Françeskonun üzünə tüpürdüyü üçün cəzalanıb.

"Sambaçı" həmin epizoddan əvvəl Di Françeskonu başı ilə itələyib və onun sifətinə dirsək zərbəsi endirib. Ona əvvəlcə sarı, daha sonra birbaşa qırmızı vərəqə göstərilib.

Görüşdən sonra Kosta hərəkətinə görə üzr istəyib, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri isə klubun oyunçunu cərimələyəcəyini açıqlayıb.

Diskvalifikasiya üzündən futbolçu "Frozinone", "Bolonya", "Napoli" və "Udineze" ilə görüşlərində iştirak etməyəcək.

18.09.2018 23:24 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo