Meksikada 157 cəsədin olduğu yük avtomobili aşkarlanıb

Meksikanın Qvadalaxara şəhəri yaxınlığında içində 157 cəsədin olduğu, soyuducu qoşqulu yük avtomobili aşkarlanıb.

Azadinform xəbər verir ki, bu barədə "Mexico Daily News" məlumat yayıb.

Bildirilir ki, atılmış yük maşınının qoşqusu meyitlərin müvəqqəti saxlama yerinə məxsus olub.

Nəqliyyat vasitəsi yaşayış evlərinin yaxınlığında atılıb və yerli hakimiyyət orqanları bu barədə xəbərdar edilməyib. Tezliklə maşından gələn iy yerli əhalini ciddi narahat etməyə başlayıb.

Hazırda bununla bağlı təhqiqat başlayıb. Polis içində cəsədlərin olduğu yük maşınının əhalinin yaşadığı yerin yaxınlığında hansı şəraitdə və niyə gətirildiyini öyrənmək istəyir. 

18.09.2018 23:11 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo