Putinlə Netanyahu müzakirələr aparıb

İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıq zamanı Suriyada vurulan Rusiyanın kəşfiyyatçı təyyarəsi ilə bağlı məsələ müzakirə olunub.

İsrail baş nazirinin dəftərxanasından bildirilib ki, B.Netanyahu Suriyada hərbi əməliyyatlar və təhlükəsizlik məsələlərində tərəflər arasında əlaqələndirmənin vacib olduğunu diqqətə çatdırıb.

İsrailin həmin hadisənin araşdırılması üçün zəruri olan məlumatların qarşı tərəfə təqdim etməyə hazır olduğu vurğulanıb.

18.09.2018 21:45 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo