Azəriqaz Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək

AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyi (İB) oktyabrın 2-dən Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək.

İB-dən Azadinform-a verilən məlumata görə, avqustun 14-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir (Zabrat qəsəbəsində icra nümayəndəliyi binasının yanında xidmətin müddəti sentyabrın 29-dək davam edəcək). Oktyabrın 2-dən isə Ramana qəsəbəsində xidmət göstəriləcək.

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

18.09.2018 21:09 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo