Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edəcək

AZADİNFORM. Ədliyyə naziri Fikrət Məmmədov Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyindən Azadinform-a verilən məlumata görə, sentyabrın 21-də Qazaxda keçirilməsi nəzərdə tutulan görüş Ağstafa rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 2) olacaq. 

Qəbulda yuxarıda adları qeyd olunan rayonların vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağstafa rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

18.09.2018 20:37 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo