Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib

AZADİNFORM. “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbiri keçirilib.

Azadinform-un məlumatına görə, tədbiri giriş  sözü ilə açan “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib ki, sözü gedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə rəhbərlik etdiyi ictimai birlik tərəfindən 5 ay müddətində icra olunub.

Tanınmış hüquqşünas  Səməd Vəkilov  qeyd edib ki,  təşkilatın hüquqşünasları tərəfindən Tərtər, Zaqatala və Lənkəranda  “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 100-ə yaxın vətəndaş iştirak edib.

Eyni zamanda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı bukletlər çap edilərək  vətəndaşlara paylanılıb. 

Təşkilat rəhbəri bildirib ki, bundan başqa  təşkilatın saytında  qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət  “Əmək hüquqları” bölməsi yaradılıb və sosial şəbəkələrdə  bu sahədə maarifləndirici  fəaliyyətlər həyata keçirilib.

Bu sahədə mətbuat lobbiçiliyinin də aparıldığın  qeyd edən sədr, qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı  QHT TV ilə əməkdaşlıqda  (internet televiziyası)  1 veriliş hazırlandığını bildirib. 

Eyni zamanda  maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunub – deyə Səməd Vəkilov qeyd edib.

Təşkilat rəhbəri mövcud vəziyyətlə bağlı təkliflər hazırlanaraq uyğun dövlət  qurumlarına təqdim olunacağını diqqətə çatdırıb.

Daha sonra QHT, media və müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

18.09.2018 20:11 / Baxılıb: 123 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo