Tramp: "Çin ABŞ-dakı seçkilərə təsir etməyə çalışır"

"Çin fermerlərə, biznesmenlərə yönəlik məqsədyönlü fəaliyyətlər yolu ilə ölkədə keçirilən seçkilərə təsir göstərməyə çalışır".

Azadinform xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter"dəki rəsmi səhifəsində bildirib. 

“Çin bizim fermerlərin, ranço sahiblərinin, sanayedə çalışanlarımızın mənə sadiq olduqlarına görə fəaliyyətini əngəlləmək vasitəsilə bizdəki seçkilərə təsir edərək dəyişdirməyə hər vəchlə səy göstərdiyini açıq şəkildə vurğulayıb. Çin bu insanların nə qədər böyük vətənpərvər olduğunu və Çinin uzun illərdir Birləşmiş Ştatlardan ticarətdə yararlandığını yaxşı başa düşdüklərini dərk etmir. Mən buna son qoymağın yolunu bilirəm. Biz Çinə iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”, - o yazıb.

18.09.2018 19:32 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo