Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib - Fotolar

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. 
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. 
Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.

18.09.2018 18:48 / Baxılıb: 105 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2018
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo