Pakistan Senatının sədri Azərbaycana səfər edəcək

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək. 

Azadinform trend-ə istinadən xəbər verir ki, o, sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. 

Dörd gün davam edəcək rəsmi səfərdə M.S.Səncari ilə yanaşı Pakistan Senatının daha 3 üzvü iştirak edəcək. Səfər zamanı Senat sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək. 

Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.

18.09.2018 18:35 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo