Komitə sədri məcburi köçkünləri qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Azadinform xəbər verir ki, vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, şöbə və departament rəhbərləri fərdi qaydada qəbul ediblər. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və mahiyyəti üzrə cavablandırılıb. Müraciətlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərindəki vəziyyət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ilə bağlı olub. 

Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, yeni mənzillərə köçürülməsinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi böyük və diqqət qayğı qəbula gələnlər tərəfindən dərin razılıq hissi ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlərin sağlamlığının qorunmasına, müayinə və müalicəsinin təşkilinə aid konkret faktlardan söhbət açılıb, Fondun rəhbərliyinin, şəxsən Mehriban xanımın ünvanına səmimi xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunub.  

Vətəndaşlara bir daha bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin normal və təminatlı yaşayışı üçün zəruri tədbirləri davam etdirməklə  yanaşı, işğal altındakı ərazilərin tezliklə azad olunması, didərginlik məhrumiyyətlərinə son qoyulması üçün də məqsədyönlü və təsirli iş aparır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir və onların bu komplekslərə köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək, ilk növbədə, ən ağır şəraitdə yaşayanlar mənzillə təmin olunacaqlar.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılmış məsələlərin araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

18.09.2018 17:12 / Baxılıb: 343 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo