Azərbaycanın ümumi daxili məhsulu artıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artıb. 

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artmış, tikintidə isə 17,3 faiz azalıb. 

Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olub.

18.09.2018 17:05 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo