İsrail Ordusu: Təyyarələrin vurulmasında günahkar Əsəd rejimi, İran və Hizbullahdır

Samir Soltanov/AZADİNFORM. İsrail ordusu Rusiya hərbi təyyarələrinin vurulmasına münasibət bildirib. 

Azadinform xəbər verir ki, İsrail ordusu təyyarələrin vurulmasına onların səbəb olması ilə bağlı iddiaları təkzib edib: “Rusiya hərbçilərinin həlak olmasına görə təəssüflənirik. Bu işdə günahkar Əsəd rejimi, İran və Hizbullahdır”.

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizi üzərində vurulub. Nəticədə təyyarədə olan 14 hərbçi həlak olub. Rusiya Müdafiə Nazirliyinin iddiasına əsasən təyyarə İsrailin hava hücumlarının qarşısını alarkən Suriyaya məxsus “S-200” hava müdafiə sistemləri tərəfindən vurulub.  

18.09.2018 16:48 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo