Əli Əhmədov Avstriya Kanslerinin müavini ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Azadinform xəbər verir ki, Əli Əhmədov bu səfərin iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istər prezidentlər, istərsə də digər rəhbər heyətlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Atılan addımlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Azərbaycan hər zaman Avstriyaya dost ölkə kimi yanaşır. 

Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxe ölkəmizə ilk dəfə səfər etdiyini və paytaxtımızın gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edən Haynts-Kristian Ştraxe Avstriya rəhbərliyinin salamlarını Azərbaycan tərəfinə çatdırıb. 

Ölkələrimizin oxşar cəhətlərinin olduğunu vurğulayan Avstriya Kanslerinin müavini hər iki ölkənin praqmatik və təhlükəsizlik siyasət yürütdüyünü qeyd edib. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.

18.09.2018 16:25 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo