AFFA 3 klubu cərimələdi

Samir Soltanov/AZADİNFORM. AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Azadinform PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 4-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. 

Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. 

Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

18.09.2018 14:10 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo