Çempionlar Liqasının oyunu zamanı 5 nəfər ölüb

Anqolanın paytaxtı Luandada yerli “Primeyru di Aqoştu” və Konqo Demokratik Respublikasının “TP Mazembe” komandaları arasında Afrika Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçından sonra baş vermiş sıxlıq nəticəsində 5 nəfər ölüb.

Azadinform xəbər verir ki, 50 min azarkeşin gəldiyi oyunda eyni səbəbdən daha 7 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, matçdan sonra bağlı qapıların gec açılması səbəbindən tamaşaçılar çıxışa doğru qaçmağa başlayıblar. Bu zaman böyük sıxlıq yaranıb. Bəzi şəxslərin polis atlarının ayaqları altında qaldığı bildirilir.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, oyun qolsuz yekunlaşıb.  

17.09.2018 19:57 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
    19.10.2018
    Xeyirhah Messi
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo