Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudur. 

Azadinform PFL-ə istinadən xəbər verir ki, ötən tur qeydə alınan 4450 tamaşaçılıq göstərici arxada qalıb. İlk iki turda isə daha az seyrçi müşahidə olunub. İlk turda 1700, II oyun həftəsində 2550 nəfər matçları izləyib. 

Qeyd edək ki, IV turda “Qarabağ” – “Sumqayıt” matçında daha çox – 1600 tamaşaçı olubsa, “Neftçi” – “Keşlə” oyununu 1300, “Sabah” – “Qəbələ” qarşılaşmasını 1200, “Səbail” – “Zirə” görüşünü isə 500 azarkeş seyr edib.

17.09.2018 18:00 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo