Sportinq Qarabağ oyununun hakimləri bəlli olub

Samir Soltanov/AZADİNFORM. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq”lə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb. 

Azadinform UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş fransalı hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi Fransua Lötexsye, yan xətt hakimləri isə Sirill Mönye və Mehdi Rohmani olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Frank Şneyder və Kərim Abed yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Cuanno Bertrandır. 

Qeyd edək ki, sentyabrın 20-də Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

17.09.2018 15:40 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo