Latsionun oyunu azərbaycanlı referiyə tapşırılıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycan hakimi “Latsio” - “Apollon” oyununu idarə edəcək. 

Azadinform xəbər verir ki, FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (Roma, İtaliya) - “Apollon” (Limassol, Kipr) oyununa təyinat alıb. 

Ə. Ağayevin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq. 

Oyun sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.

17.09.2018 14:10 / Baxılıb: 123 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo