İdliblə bağlı Türkiyə və Rusiya arasında fikir ayrılığı var

Samir Soltanov/AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə görüşəcək. 

Azadinform xəbər verir ki, prezidentlərin planlaşdırılan görüşü barədə danışan Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İdlibdəki vəziyyət gərgindir: “Məsələ ilə bağlı Rusiya və Türkiyənin fikir ayrılıqları var. Buna görə də iki ölkənin rəsmilərinin görüşməsi vacibdir”.

Qeyd edək ki, Tehran zirvəsində Putin İdlibdəki dinc sakinlərin bölgədən çıxarılması üçün koridor yaradılmasını təklif edib. Ərdoğan isə atəşkəsin imzalanmasının vacib olduğunu vurğulamışdı.

17.09.2018 13:34 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo