Bu dövlət qurumlarının sosial şəbəkə hesabları necə işləyir?

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün sosial şəbəkələr məlumat əldə etmək vasitələri arasında həm auditoriya, həm də operativlik baxımından ilk yerlərdə qərarlaşır.

Artıq hər kəs xəbərləri bilavasitə sosial şəbəkələrin imkanlarından yararlanaraq əldə etməyə çalışır. Eyni zamanda, oxunulan xəbərin hər hansı bir rəsmi qurumun sosial şəbəkə hesabından yayımlanması oxucuda daha çox inam yaradır, məlumatların dəqiqliyinə şübhə yeri qalmır. Belə olan halda vətəndaşlar həmin qurumu aktiv fəaliyyətdə olan orqan kimi qiymətləndirir. Çünki onlar baş verənlərlə bağlı anındaca həmin orqanların sosial şəbəkə hesablarında məsələyə münasibət bildirdiklərini görürlər. Amma ola bilər ki, hansısa dövlət qurumunun sosial şəbəkə hesabı var, lakin hesab lazım olduğu qədər aktiv deyil. Bununla bağlı bəzi dövlət qurumlarının  sosial şəbəkələrdə hansı formada təmsil olunduqlarını bilmək üçün apardığımız kiçik araşdırmanı təqdim edirik: 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkə hesablarında təmsil olunur. Qurum “Youtube” hesabında qismən zəif fəaliyyət göstərsə də digər hesablarda yüksək aktivlik nümayiş etdirir.

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi “Facebook”, “Twitter”, “Youtube” və “İnstagram” vasitəsilə xəbərlərini mütəmadi olaraq yayımlayır. Qurum bütün hesablarda aktiv şəkildə təmsil olunur.

 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız “Facebook” sosial şəbəkə vasitəsilə yeniliklərini yayımlayır. Hesabın fəaliyyətini isə qənaətbəxş hesab etmək olar.

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də “Facebook” sosial şəbəkə vasitəsilə xəbərlərini yayımlayır. Dövlət qurumunun bir sosial hesabı olduğuna baxmayaraq, aktiv şəkildə fəaliyyət göstərir.

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi xəbərlərini “Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkə hesablarından yayımlayanlardandır. Hesabların fəaliyyəti aktivdir. Digər qurumlarla müqayisədə “Facebook”da rəy bölməsində yazılan sualların hər biri cavablandırılır.

 

 

Bakı Nəqliyyat Agentliyi məlumatları vətəndaşlara “Facebook”, “Twitter”, “Youtube” və “İnstagram” hesabları üzərindən çatdırır. Qurum bütün sosial hesablarda aktiv şəkildə təmsil olunur. Eyni zamanda, sosial şəbəkə istifadəçiləri dövlət orqanının həyata keçirdiyi bütün işlərə dəstək olurlar. Hesabların rəy bölməsində yazılan şikayətlərin qeydə alındığı bildirilir və suallar cavablandırılır.

17.09.2018 11:50 / Baxılıb: 416 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo