Elmar Məmmədyarov Çində səfərdədir

Adəm Abbaslı/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfər edib.

XİN-dən Azadinform-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında həmçinin, nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

17.09.2018 09:50 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo