Brüsseldə atışma olub, xəsarət alanlar var

Brüsseldə atışma olub.

Bu barədə Azadinform RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi İksel İls van de Keerin verdiyi məlumata görə, hadisə Krua de fer küçəsində qeydə alınıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər axtarılır. Onların 5 və ya 6 nəfər olduqları bildirilir.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.

16.09.2018 17:37 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo