"Sportinq" "Qarabağ"la matçda 3000 bilet satışından məhrum olunub

Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.

Azadinform xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya "Atletiko"su ilə Avroliqanın 1/4 final oyunu zamanı "Joze Alvalade" stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib. UEFA-nın qərarına əsasən, "Qarabağ"la oyun zamanı stadionun Mərkəzi Qərb hissəsindəki A1 - A7 və B1 - B3 sektorlarına keçmək mümkün olmayacaq.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

16.09.2018 17:22 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo