Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub

Filippinin Kordilyer inzibati regionunda "Manqhut" qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xilasedicilər ölkənin şimalındakı Benqet vilayətində bağlı qalmış tuneldən 30 mədənçinin cəsədini çıxarıblar.

Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb. Hazırda həmin şaxtaçıların axtarışı əməliyyatı davam edir.

Bununla da "Manqhut" qasırğası qurbanlarının sayı 59 nəfərə çatıb.

16.09.2018 16:06 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo