Azərbaycan qəzetinin əməkdaşları təltif olunub

AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Azadinform-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilib:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.

14.09.2018 19:57 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo