Azərbaycan millisi Rusiya klubunu məğlub edib

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Azadinform xəbər verir ki, dünya çempionatına hazırlıq məqsədilə keçirilən qarşılaşmada Azərbaycan millisi Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - "Dinamo" (Krasnodar) - 3:0 (25:16, 25:21, 25:22)

Qeyd edək ki, yığma digər yoldaşlıq görüşündə isə Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaq. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.

14.09.2018 19:28 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo