AMB-nin maliyyə aktivləri 2,7 mln. dollar artıb

Bu ilin yanvar-iyun aylarında ölkənin xalis maliyyə aktivləri 2699.5 mln. ABŞ dolları artıb. 

Azadinform xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1320.4 mln. dollar), portfel investisiyaları (492.5 mln. dollar), törəmə maliyyə alətləri (-3.2 mln. dollar) və digər investisiyalar (889.8 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 910.1 mln. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (340.5 mln. dollar), neft bonusu (450.1 mln. dollar), portfel investisiyaları (-140.6 mln. dollar), törəmə maliyyə alətləri (-3.6 mln. dollar) və digər investisiyalar (263.7 mln. dollar) hesabına formalaşıb.

14.09.2018 19:07 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo