Bu küçə 7 saat bağlı olacaq

Adəm Abbaslı/AZADİNFORM. Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

14.09.2018 17:53 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo