İdlibdəki terror hədəflərini bombalamağa davam edəcəyik

Samir Soltanov/AZADİNFORM. “Rusiya, Türkiyə və İran İdlibdə ABŞ-ın başçılıq etdiyi koalisiyanın Rakkada davrandığı kimi hərəkət etməyəcək. Həmin vaxt dinc insanların təhlükəsizliyi təmin edilməyib”. 

Azadinform xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir qeyd edib ki, İdlibdəki terror hədəflərini bombalamağa davam edəcəyik: “Türkiyə, ərazisindən bəzən Suriyada qarşıdurma yaratmaq üçün pis niyyətli insanlar tərəfindən istifadə edildiyini bilir. Buna görə də təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür. Razılaşmalara əsasən Türkiyənin İdlibdə 12 müşahidə nöqtəsi mövcuddur. Bu da vəziyyəti bir az sakitləşdirir”.

14.09.2018 17:30 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo