Türkiyə vətəndaşının mağazasından 17 min dollar oğurlayanlar saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Goranboyda xarici vətəndaşa məxsus mağazadan oğurluq edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azadinform-a verilən məlumata görə, Türkiyə vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində ona məxsus pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxslərin gizli yolla daxil olduğunu və oradakı seyfdən 17 min ABŞ dolları oğurladıqlarını bildirib. 

Müraciətdən dərhal sonra Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib. 

Davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Elmir Əliyev respublikanı tərk etmək istəyərkən saxlanılıb.

14.09.2018 17:05 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo