BMT-nin institut direktoru Nərgiz klinikasında olub

BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza Azərbaycanda səfərdədir.

Azadinform xəbər verir ki, AMEA-da və bir sıra qurumlarda görüşlər keçirən institut direktoru “Nərgiz” klinikasında da olub. Bu barədə məlumatı klinikanın baş həkimi Məlahət Qəhrəmanova verib. Onun sözlərinə görə, M. Formozanın səfəri zamanı AMEA-da olub və herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə edilib, birgə tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: “Həmçinin AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görülən işlərin yüksək fundamental və praktiki əhəmiyyəti, bu istiqamətdə aparılan tədqiqatlarda mövcud imkanlardan istifadə olunmasının zəruriliyi vurğulanıb. Bizim də AMEA-nın Fiziologiya İnstitutu ilə birgə müəyyən işlərimiz var və bu haqda BMT-nin institut direktoruna məlumatlar verdik, ətraflı müzakirələr apardıq”.

14.09.2018 16:50 / Baxılıb: 123 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo