Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

Azadinform xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edildi.

14.09.2018 14:53 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo