AFFA-da yeni struktur, struktura yeni sədr İclas yekunlaşdı

Samir Soltanov/AZADİNFORM. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Azadinform AFFA-ya istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilməsi qərara alınıb. Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək. 

Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. 

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub. Bundan başqa, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı təklif qəbul olunub. Təklifə əsasən, əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilib. Meyarın tələbini yerinə yetirməyən klublara cərimə tətbiq olunacaq.

14.09.2018 15:28 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo