Bin Ladeni öldürən zabit: Həyatımda elədiyim ən pis iş olub

Samir Soltanov/AZADİNFORM. ABŞ ordusunun sabiq zabiti Robert O'Neill “Əl-Qaidə” lideri Usami bin Ladini öldürməsi ilə bağlı danışıb. 

Azadinform xəbər verir ki, 42 yaşlı zabit qeyd edib ki, radikal düşüncəli insanlara qarşı təhsillə də qalib gəlmək olar: “Mən ona görə bu qənaətə gəlmişəm ki, Pakistanda Bin Ladenə qarşı apardığımız əməliyyat zamanı onun 2 yaşlı oğlunu atasının cəsədinin yanında gördüm. Bundan çox təsirləndim. Mən də atayam. Bu yazıq uşağın bununla heç bir əlaqəsi olmadığını fikirləşirəm. Ümid edirəm ki, kimsə belə bir şey yaşamaz. Bu müharibəni silahla, bombalarla deyil, təhsillə qazana bilərik. Ortada təhlükəsizliyimizi zəiflədən bir ideologiya var. Bin Ladeni öldürməyin həyatımda yaxşı və ya pis bir iş olduğuna hələ də əmin deyiləm”.

O sonda qeyd edib ki, Bin Ladenin zərərsizləşdirilməsinə qatılan zabitlərin bəziləri pensiyaya çıxıb və yazıçı olaraq fəaliyyətlərini davam etdirilər.

14.09.2018 15:10 / Baxılıb: 954 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo