Sən ləzzət aldığını say, gör biz nə sayırıq Sevimli dadların təhlükəli tərkibi

Ləman Hüseynzadə / AZADİNFORM. İnsan sağlamlığı cəmiyyətin formalaşmasında əsas faktorlardan biridir.

Sağlam olmaq üçünsə əvvəlcə sağlam və düzgün qidalanmaq lazımdır. Bəzən tərkibinin nələrdən ibarət olduğunu bilmədiyimiz qidaları sadəcə dadını bəyəndiyimiz üçün alıb istifadə edirik. Amma bununla sağlamlığımızı böyük təhlükələrlə qarşı-qarşıya qoymuş oluruq. Azadinform həmin qidalardan daha çox istifadə etdiklərimizin hansı tərkiblə hazırlandıqlarını təqdim edir:

 

 

Cipsilər kartofdan deyil, xüsusi hazırlanan bir xəmirdən istehsal edilir. Tərkibi düyü, qarğıdalı tozu və kartof yağlarından ibarətdir. Nazik xəmir vəziyyətinə salındıqdan sonra cipsilər qızardılıb qurudulur. Müxtəlif ədviyyatlarla növləşdirildikdən sonra paketlənir. Biz də bu məhsulu nazik kartof dilimlərindən hazırlandığını hesab edirik. Eynilə paketlərin üzərində göstərildiyi kimi.

 

 

Bir çox insanlar yulafın son dərəcə sağlam olduğunu düşünürlər. Əslində yulafları daha tez qurutmaq üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. 2010-cu ildə ABŞ-da yulaf kəpəyi istehsal edən məşhur bir şirkətə qarşı iddia qoyularaq məhkəməyə verilib. Çünki şirkət insan sağlamlığı üçün trans yağlar kimi təhlükəli olan maddələrdən istifadə edirdi. Həmçinin yanlış reklam nümayiş etdirməkdə günahlandırıldı.

 

 

Əksəriyyət ağcaqayın şərbətinin sağlamlıq baxımından hər hansı bir zərərinin olmadığını hesab edir və şəkərə qarşı sağlam bir seçim olduğunu qəbul edir. Lakin bu şərbətlərə konservantlar və süni maddələr əlavə edilə bilər.

 

Zeytun yağı həqiqətən sağlam və faydalıdır. Amma alarkən diqqətli olmaq lazımdır. Türkiyə Milli İstehlakçı Birliyi hesab edir ki, marketlərdəki bütün şüşələrin 2/3-də zeytun ətirli maş lobya (qaragöz lobya) yağı var.

 

 

“Marshmallow” adlanan yumşaq jelibonlar (rahat-hulqum) heyvanların dərisindən və sümüklərindən hazırlanır. Bunlar birlikdə qaynadılır və daha sonra nişasta ilə dadlandırıcı maddələr əlavə edilir. Bunu isə daha çox uşaqların sevdiyini nəzərə aldıqda sağlamlıq üçün təhlükənin nə dərəcədə qaçılmaz olduğunun şahidi oluruq.

14.09.2018 14:54 / Baxılıb: 467 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo