Bu xalq heç vaxt Azərbaycana qarşı ədalətli mövqe tutmayacaq

Nərgiz Məmməd/AZADİNFORM. “Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi nəyin sübutu, təsdiqidir? Bu bir daha onu təsdiq edir ki, Ermənistan adlı bədnam ölkədə hakimiyyətə kimin (istər demokrat olsun, istərsə də sağçı və ya solçu) gəlməsindən asılı olmayaraq bu dövlət, bu ölkə, bu xalq bundan sonra heç vaxt Azərbaycana qarşı ədalətli mövqe tutmayacaq”.

Azadinform xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri qeyd edib ki, Ermənistan öz işğalçı xarakterindən əl çəkməyəcək və torpaqlarımızı öz xoşuyla geri qaytarmayacaq: “Onsuz da uzun illərdir ki, ermənilərlə müharibə vəziyyətində idik. Ermənistan elan edilməmiş müharibə yoluyla torpaqlarımızı işğal edib və sözügedən ölkənin Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıqdır ki, davam edir. Ermənistan parlamentinin "Şant-2018” hərbi təlimləri ilə əlaqədar Azərbaycana qarşı müharibə elan etməsi həm işğal faktını tam surətdə rəsmiləşdirmiş oldu, həm də Azərbaycan hökumətinə Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasını dünyaya sübut etmək üçün əlavə imkanlar yaratdı. İndi söz Azərbaycan diplomatiyasınındır. Rəsmi Bakının işğalçı Ermənistanı bütün mötəbər beynəlxalq kürsülərdən küncə sıxışdırmaq və demokratik dünyanın dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxan Paşinyan hakimiyyətini diplomatik-siyasi təcrid vəziyyətinə salmaq üçün tam mənəvi haqqı var”.

14.09.2018 14:32 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo