İki avtomobil toqquşub can aldı

AZADİNFORM. Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Azadinform-a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi “Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi “UAZ” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

14.09.2018 14:00 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo