Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40 441 manat məbləğində cərimə tətbiq olunub.

14.09.2018 13:00 / Baxılıb: 250 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo